AFFA "Qəbələ"ni cərimələdi

AFFA "Qəbələ"ni cərimələdi
  30 May 2018    Oxunub:1756
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Mayın 28-də Azərbaycan Kubokunun final matçı olan “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

Oyunun 55-ci dəqiqəsində və 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub müvafiq olaraq 800 manat və 1600 manat cərimə olunub.

AzVision.az


Teqlər: Klub   Futbol   Qəbələ  





Xəbər lenti