Hava dəyişir

Hava dəyişir
  11 Oktyabr 2013    Oxunub:1100
Oktyabrın 13-dək meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz kəçəcəyi ehtimal olunur. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.


Teqlər:  





Xəbər lenti