Zabit Səmədov "Krallar kralı" oldu - (VİDEO)

Zabit Səmədov "Krallar kralı" oldu - (VİDEO)
  31 May 2018    Oxunub:8709
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Jara Fight Show" adlı kikboksinq turniri yekunlaşıb.

AzVision.az xəbər verir ki, gecənin maraqlı döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız Fredi Kemayo arasında olub. 5 raunddan ibarət döyüş 50:46 hesabı ilə Zabit Səmədovun qələbəsi ilə başa çatıb.
Bu döyüşlə idmançımız "King of Kings" (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.



Zabit Səmədov qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib. Həmçinin idmançıya Çeçenistanın “Əhməd” klubu adından “Mercedes” markalı avtomobil hədiyyə edilib.

AzVision.az


Teqlər: Zabit-Səmədov   Döyüş   Rusiya  





Xəbər lenti