Nümayəndə heyəti qruplaşdı

Nümayəndə heyəti qruplaşdı
  02 Fevral 2013    Oxunub:3270
Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri fevralın 1-də Varşavada əhəmiyyətli görüşlər keçirib. Qrafik sıx olduğundan nümayəndə heyətinin üzvləri qruplara bölünərək müxtəlif məkanlarda görüşlərə qatılıblar.
AzVision.az-ın məlumatına əsasən, təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçrilən görüşdən sonra Natolin Avropa Kollecində olub.
Polşa Respublikası Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı ilə yanaşı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm Zülfüqarlı və Fuad Süleymanov iştirak ediblər.
Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Seymin üzvləri Azərbaycanın qərbə inteqrasiya sahəsində əldə etdiyi uğurlardan, Qarabağ probleminin çözülməsi imkanlarından, Avropanın enerji təhlükəsizliyi sahəsində Bakının oynadığı səmərəli roldan danışıblar.
Qeyd edək ki, sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirib. Daha sonra Natiq Əliyev nümayəndə heyətinin üzvləri ilə birlikdə Xarici Məsələlər üzrə Polşa İnstitutunda görüş keçirib və “Enerji Təhlükəsizliyinə dair Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri” adlı dinləmələrə qatılıb. Fevralın 2-də görüşlər Lodz şəhərində davam edir.


Teqlər:





Xəbər lenti