Ermənistanda mer və müavini həbs olundu - (VİDEO)

Ermənistanda mer və müavini həbs olundu - (VİDEO)
  31 May 2018    Oxunub:4184
İrəvanda baş verən 22 aprel iğtişaşlarına görə 5 nəfər həbs olunub. Onların arasında Masis şəhərinin meri David Ambarçumyan və onun müavini Karen Ohanyan da var.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq komitəsi sədrinin məsləhətçisi Sona Truzyan məlumat verib.

Bildirilib ki, həbs edilənlərin 22 aprel tarixində İrəvanda keçirilən etiraz aksiyasının içtirakılarına qarşı maskalı şəxlərin güc tətbiqində əli olub.

Faktla bağlı Erebuni və Nubaraşen inzibati rayonlarında cinayət işi açılıb. Hazırda istintaq-axtarış əməliyyatı davam etdirilir və ehtimal olunur ki, həbs edilənlərin sayı artacaq.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   aksiya  





Xəbər lenti