Zidan "Real Madrid"dən istefa verdi - (VİDEO)

Zidan "Real Madrid"dən istefa verdi - (VİDEO)
  31 May 2018    Oxunub:6851
“Real”ın baş məşqçisi Zinəddin Zidan vəzifəsindən istefa verib.
AzVision.az-ın məlumatına görə, Zidan bununla bağlı qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.



Zidan bildirib: “Növbəti mövsümdə “Real”-da qalmamaq qərarı verdim. Hər şeyin yolunda olduğu bir vaxtda belə qərar qəribə ola bilər. Amma komandanın qalibiyyətlər qazanması üçün 3 ilin ardından dəyişikliklər lazımdır”.

Xatırladaq ki, Zidan “Real”-a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA Superkuboku, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə də İspaniya superkubokunun qalibi olub. Ümumilikdə 45 yaşlı mütəxəssisin rəhbərliyi altında klub 9 kubok qazanıb. Bu da son 8 ildə "Real"-ın 6 baş məşqçisinin qazandığı kubokların sayına bərabərdir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Real   Zidan   İstefa  





Xəbər lenti