Paşinyan kimin yanındadır? – KARİKATURA

Paşinyan kimin yanındadır? – KARİKATURA
  02 İyun 2018    Oxunub:18494
Ermənistanın küçədən gəlmiş baş naziri Nikol Paşinyan artıq öz siyasi mahiyyətini göstərməyə başlayıb. Belə ki, onun hökumətə təyin etdiyi yeni üzvlərin demək olar ki, hamısı rusofob şəxslərdirlər. Aralarında hətta yeni diaspor naziri kimi, vaxtilə Putini açıq təhqir etmiş şəxslər də var.
Bundan başqa, artıq Rus kanallarının Ermənistan efirindən yığışdırılması, rus kapitalının sıxışdırlması prosesi başlayıb. Yəqin ki, növbədə rus dili və rus məktəbləridir.

Düzdür, gedib Soçidə Putinlə görüşən Paşinyan bütün bunları vaxtilə Saakaşvilinin etdiyi kimi açıq şəkildə etmir, amma erməni bicliyi də elə bu deməkdir – onlar saman altından su yeritməyi əla bacarırlar.

Bu hal isə xeyli ciddi suallar doğurur. Hər şeydən əvvəl, forpostunun bu cür dreyfi Rusiyada necə qarşılanacaq? Rus mətbuatında yer almağa başlayan yazılardan görünür ki, ictimai rəydə çox pis qarşılanır. Bu, gec-tez dövlətlərarası münasibətlərə də təsirini göstərəcək.

Digər tərəfdən, hazırda Rusiyada imtiyazlı şərtlərlə yaşayan həddindən çox erməni var. Yəqin ki, onlar da Ermənistanın yeni siyasi rəhbərliyinin yürütdüyü kursun mənfi təsirlərini tezliklə öz üzərlərində hiss edəcəklər.

AzVision.az / Kirpi.info


Teqlər:





Xəbər lenti