Milli Atçılıq Festivalına start verilib - FOTOLAR

Milli Atçılıq Festivalına start verilib - FOTOLAR
  02 İyun 2018    Oxunub:4673
2 iyun 2018-ci il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verib.
Festival Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır üzrə “100 İllik Yubiley Kuboku” ilə start götürüb.



Festivalın əvvəlində Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Elşad Abbasov çıxış edib. Çıxışda bildirib ki, Azərbaycan idmanının bütün sahələri kimi atçılıq idmanı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali dəstək və qayğısı ilə əhatə olunmuşdur. Məhz bu diqqətin nəticəsidir ki, ötən bu illər ərzində həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda nailiyyətlərimiz artmaqdadır.



Ötən ayın əvvələrində artıq 3-cü dəfə Qarabağ atlarının iştirakı ilə 75 nəfərlik heyətin İngiltərədə, Kraliçaya aid Vindzor qəsrində möhtəşəm çıxışı hamını heyran edib, bütün dünyada əks-səda doğurub.



Dahi Öndər Heydər Əliyevin 95 illiyinə, Azərbaycan dövlətçiliyinin xilas olunmasının 25-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyimiz bu festival ötən 9 il ərzində keçirilən digər atçılıq festivallarından rəngarəngliyi ilə seçilir.



Çıxışının sonunda E. Abbasov Milli Atçılıq Festivalının təşkil olunmasında əziyyət çəkən hər kəsə təşəkkürünü bildirərək Festivalı açıq elan edib.

Tədbiri izləmək üçün gələn qonaqlar ilk öncə ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə möhtəşəm paradı izləyiblər.



3 qaçışdan ibarət olan Cıdır Günündə 3 yaş Qarabağ və Dilbaz atları və 3 yaş İngilis atları 1600 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2000 metr məsafədə qrup üzrə güclərini sınayıblar.



3 yaş Qarabağ və Dilbaz atlarının yarışında jokey Əliyev Azər “Xanımqız” ləqəbli atla 3-cü yerə, jokey Nəzərov Hilal “Zirvə” ləqəbli atla 2-ci yerə, jokey Hacıyev Orxanbəy isə “Laləzar” ləqəbli atla 1-ci yerə yüksəlib.



3 yaşlı İngilis atlarının yarışında jokey Nəzərov Hilal “King of Baku” ləqəbli atla 3-cü yeri, jokey Tahirov Rauf “Atilla” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Hilal “Bahr” ləqəbli atla 1-ci yeri yüksələrək kubok və fəxri fərmanla təltif olunub.



Və sonda, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Nəzərov Hilal “Dağlar” ləqəbli atla 3-cü yeri, jokey Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yeri, jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 1-ci yerin və 100 İllik Yubiley Kubokunun sahibi olub.



Yerli müğənnilərin iştirakı ilə konsert proqramı, sonda isə lotoreya keçirilib. Tədbiri izləmək üçün gələn qonaqlar ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə paradı izləmək imkanı əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.







AzVision.az


Teqlər: Atçılıq-Festivalı  





Xəbər lenti