"Fənərbaxça"nın yeni prezidenti seçildi

"Fənərbaxça"nın yeni prezidenti seçildi
  04 İyun 2018    Oxunub:1877
Türkiyənin "Fənərbaxça" klubunun yeni prezidenti seçilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirilən səsvermədə Əziz Yıldırım və Ali Koç rəhbərlik kürsüsü uğrunda mübarizə aparıb.

Ali Koç 16 min 92 səs toplayaraq İstanbul klubunun yeni prezidenti seçilib. Onun rəqibi Əziz Yıldırım isə 4 min 644 səs toplaya bilib. Bununla da, Yıldırımın 20 illik rəhbərliyinə son qoyulub və Ali Koç "Fənərbaxça"nın 33-cü prezidenti seçilib.

AzVision.az



Teqlər: Fənərbaxça  





Xəbər lenti