AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 120 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Telli Əliyeva saxlanılıb.