Perunun ilk səfiri artıq Bakıdadır

Perunun ilk səfiri artıq Bakıdadır
  06 İyun 2018    Oxunub:1292
Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycan Respublikasına təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. E. Məmmədyarov M. Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

AzVision.az


Teqlər: XİN   Peru  





Xəbər lenti