Zakir Həsənov NATO-nun toplantısına gedir

Zakir Həsənov NATO-nun toplantısına gedir
  07 İyun 2018    Oxunub:1764
İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcəkdir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcəkdir.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.

AzVision.az


Teqlər: Zakir-Həsənov   NATO  





Xəbər lenti