6 Noyabr Tacikistanda prezident seçkiləridi

6 Noyabr Tacikistanda prezident seçkiləridi
  12 Oktyabr 2013    Oxunub:1134
Tacikistanda 6 Noyabrda ediləcək prezident seçkilərində 6 namizəd mübarizə aparacaq. Prezidentin güclü rəqibi sayılan Aynihal Babanazarova lazım olan imzanı toplaya bilmədiyi üçün seçkilərdə iştirak edə bilməyəcək.
AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlərin yığdıqları imzaları təhvil vermə müddəti bu gün başa çatdı.

MSK, namizədlərin tələb olunan şərtləri yerinə yetirdiyini bildirib. Hazırki prezident İmoməli Rəhmonun seçkilərdəki rəqibləri bunlardır:

Qırğızıstan Sosialist partiyasının namizədi Abduhalim Qaffarov,

Kommunist Partiyasının namizədi İsmayıl Talbakov,

Demokrat Partiyasının namizədi Saidcafar İsmanov,

İqtisadi İslahatlar Partiyasının namizədi Alim Babayev və

Fermerlər Partiyasının namizədi Talibek Buhariyevdir.

Ancaq İ.Rəhmonun seçkilərdə ən güclü rəqibi hesab olunan namizəd Aynihal Babanazarova seçkilərdə iştirak etmək üçün lazım olan imzanı toplaya bilməyib. Müxalifyönlü Tacikistan İslami Oyanış Partiyası və bəzi qeyri-hökumət təşkilatları tərəfindən yaradılan Tacikistan İslahatçı Güclər Birliyinin namizədi olan, hüquq müdafiəçisi Aynihal Babanazarova ilk qadın namizəd kimi qeydiyyatdan keçmişdi. Buna baxmayaraq, A.Babanazarova və qrupu lazım olan 201 min imzanı toplaya bilməyib.

Bu gün Aşqabadda keçirilən mətbuat konfransında çıxış edən xanım namizəd, hökumətə qarşı sərt ittihamlar səsləndirib. O, bildirib ki, hökumət nümayəndələri hər vasitə ilə adamlarına təzyiq edərək, lazım olan imzaları toplamağa mane olublar. Buna görə də 0, tələb olunan baryeri keçə bilməyib.

Qeyd edək ki, İmoməli Rəhmon 4-cü dəfə rəsmi şəkildə prezidentliyə namizəd olub. 1994-cü ildə ölkə prezidenti seçilən Rəhmon, 19 ildir dövlət başçısı vəzifəsini icra edir.


Teqlər:





Xəbər lenti