Millimiz FIFA reytinqində 21 pillə irəliləyib

Millimiz FIFA reytinqində 21 pillə irəliləyib
  07 İyun 2018    Oxunub:1599
İyunun 7-də FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
AzVision.az FIFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda milli komandamız 321 xalla 105-ci pillədə qərarlaşıb.

Azərbaycan yığmasının növbəti yoldaşlıq görüşündə qarşılaşacağı Latviya millisi 10 pillə irəliləyərək 230 xalla 129-cu sıraya yüksəlib. Milli komandamızın Millətlər Liqasındakı rəqibləri də yeni reytinqdə irələyiblər. Farer Adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, Malta isə 65 xalla 184-cü yerdədir.

Qeyd edək ki, siyahıya 1558 xalla Almaniya millisi başçılıq edir. Braziliya yığması 1431 xalla ikinci, 1298 xalı olan Belçika isə üçüncüdür.

AzVision.az


Teqlər: FİFA   AFFA  





Xəbər lenti