Foqts qələbəni İlham Əliyevə həsr etdi

Foqts qələbəni İlham Əliyevə həsr etdi
  12 Oktyabr 2013    Oxunub:1165
Berti Foqts Fürsətdən istifadə edib qələbəni seçkilərdə qalib gəlmiş ölkə prezidenti İlham Əliyevə həsr edirik.

AzVsison.az Sportarena.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Şimali İrlandiya ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Şadam ki, qələbə qazandıq. Çətin keçən bir oyunda qalib gəldik. Baş məşqçi kimi birinci hissədən razı qala bilmərəm. Çünki ilk hissədə komanda səhvləri ilə yadda qaldı. Sadəcə bəxtimiz gətirdi ki, qol buraxmadıq. İkinci hissədə isə taktiki dəyişiklik etdik və komandam necə gözəl oyun oynadığını göstərdi. Altı ildə məni ilk dəfə alqışladınız buna görə çox şadam. Fürsətdən istifadə edib qələbəni seçkilərdə qalib gəlmiş ölkə prezidenti İlham Əliyevə həsr edirik".

- Rəqib komandanın baş məşqçisi bildirdi ki, siz ondan üzr istəmisniz.

- İnana bilmirəm ki o belə söz deyib. Nəyə görə üzr istəməliyəm? Nəsə olmayıb axı. Bu faktdır ki, 2:0 udmuşuq. Əslində o məndən üzr istəməlidir ki, Belfastdakı oyunda qələbəyə layiq biz idik. Onun yaşında mən də belə edərdim.

- İlk dəfə Azərbaycan seçmə mərhələdə 8 xal qazandı. Sizin üçün 8 xal uğurdumu?

- 8 xalldan razı qala bilmərəm. İsraili və Şimali İrlandiya ilə səfər oyununda qələbə qazanmalı idik. Hələ səfərdə Rusiyanı da uda bilərdik. Buna görə də 8 xal məni qane etmir. Komandam daha yaxşısına layiq idi. - Rusiya ilə oyunda heyətdə dəyişikli olacaq? - Sözsüz ki, komanda dəyişiləcək. Çünki bu çətin oyundan sonra həm psixoloji həm də fiziki baxımdan futbolçuların durumuna baxmalıyıq. Futbolçularımız 4 gündən bir oyun hazır deyillər. Sevindirici haldır ki, Ruslan Abışov da artıq sıralarımıza qoşulacaq. Sabah günün birinci yarısından Rusiya ilə oyunun hazırlığına başlayacağıq" deyə məşqşi bildirib.


Teqlər:  





Xəbər lenti