Axtarışda olan 57 nəfər saxlanılıb

Axtarışda olan 57 nəfər saxlanılıb
  08 İyun 2018    Oxunub:1118
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların 41-i “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4, borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs  





Xəbər lenti