Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
  10 İyun 2018    Oxunub:7557
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçilərimizdən Elçin Vəliyev (61 kq) Rumıniya idmançısına qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal uğrunda qarşılaşmada həmyerlimizin rəqibi Türkiyə idmançısı olacaq.

92 kiloqram çəki dərəcəsində yarışan idmançımız Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edərək qitə çempionatının finalına yüksəlib. İdmançımız finalda Gürcüstan güləşçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri iyunun 10-da Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

AzVision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti