Ermənini məğlub edən güləşçimiz Avropa çempionu oldu

Ermənini məğlub edən güləşçimiz Avropa çempionu oldu
  11 İyun 2018    Oxunub:3309
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

AzVision.az xəbər verir ki, son yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.
61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçin həlledici görüşdə Türkiyə idmançısına məğlub olub və çempionatı beşinci sırada tamamlayıb.

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və final yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Şamil çempionatın qızıl medalını qazanıb.

AzVision.az


Teqlər: Avropa-Çempionatı   Güləş  





Xəbər lenti