Gəncədə Bülbülün yubileyi qeyd edilib
Bunlarla yanaşı Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün lent yazıları da təqdim edilib.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Gəncə Dövət Filarmoniyasının səhnəsində çıxış edib edib. O öz və vaxtı ilə atasının repertuarına daxil olan mahnıları səsləndirib.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin final mərhələsində Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstandan olan 12 nəfər iştirakçı dünya klassik operalarından ariyaları səsləndirib. İfaçıları Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Müsabiqənin Qran-Pri mükafatına türkiyəli iştirakçı Minə Kurtoğlu, I yerə rusiyalı iştirakçı Anastasiya Barun və gürcüstanlı iştirakçı Georgi Çelidze, II yerə rusiyalı iştirakçı Mariya Buynosova və qazaxstanlı iştirakçı Stanislav Li, III ukraynalı iştirakçı Yuliya Zasimova, özbəkistanlı iştirakçı Umid İsrailov və azərbaycanlı iştrakçı Elnarə Məmmədova layiq görülüblər.
AzVision.az
Teqlər: Gəncə