Xalq artisti vəzifəsindən istefa verir: “Hansısa məmurla..."

Xalq artisti vəzifəsindən istefa verir: “Hansısa məmurla..."
  11 İyun 2018    Oxunub:16047
"İşimdən öz istəyimlə ayrılıram. Burada hansısa narazılıqdan və ya təhqirdən söhbət gedə bilməz"

Bunu AzVision.az-a Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasının rəhbəri vəzifəsindən ayrılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
“Mənim Gəncənin hansısa məmuru ilə narazılığım olmayıb. Özümü o yerə qoymaram ki, kimsə məni təhqir etsin. Öz işimi görən adamam. Gəncənin icra başçısı Elmar müəllimin istəyi ilə ora getmişəm. Məni Bakıdan göndərməyiblər. Hələ ki, istefa verməmişəm. Bu yaxınlarda istefamı açıqlayacağam. İstefa həm ailəm, həm də yaradıcılığımla bağlıdır. Mən orada, ailəm isə burada qalır. Bundan əlavə operada az-az çıxış edirəm, konsertlərə çıxa bilmirəm. Efirlərdən uzaqlaşmışam. Ona görə də düşdündüm ki, hələ oxumaq lazımdır", - deyə S.Cəfərov istefa xəbərinə aydınlıq gətib.

Xalq artisti ona təkliflər gəldiyini söyləyib: "2-3 xarici opera sifariş verilib. Onları öyrənirəm. Mən qalmaqallı adam deyiləm, sadəcə öz işimlə məşğulam. Gəncə Filarmoniyasını düzəltdik, konsertlər keçirtdik, festivallar oldu. Oranı lazım olan səviyyəyə gətirdim. Bundan sonra hansı direktor gəlsə, rahat işləyəcək. Orada estrada ansamblı da yaratdım”.

Qeyd edək ki, mətbuatda Samir Cəfərovun işindən ayrılma səbəbi kimi onun Gəncənin rəhbər şəxslərindən biriylə münasibətlərinin pisləşməsi göstərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Samir-Cəfərov  





Xəbər lenti