ABŞ Şimali Koreyaya “unikal” zəmanət verir

ABŞ Şimali Koreyaya “unikal” zəmanət verir
  11 İyun 2018    Oxunub:1203
ABŞ nüvəsizləşməsi əvəzində Şimali Koreyaya “unikal təhlükəsizlik zəmanəti” verməyə hazırdır.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
Onun sözlərinə görə, bu dəfəki zəmanət Vaşinqtonun daha öncə təklif etməyə hazır olduqlarından fərqlənir.

“Şimali Koreya ilə diplomatik dialoqdan nail olmağa çalışdığımız yekun məqsəd dəyişməyib. Koreya yarımadasının tam, təcrübədə özünü doğruldan və geriyə dönüşü olmayan nüvəsizləşməsi – bu, ABŞ-ın qəbul edə biləcəyi yeganə nəticədir” – deyə Pompeo vurğulayıb.

Bununla belə Pompeo qeyd edib ki, ABŞ Şimali Koreyada kifayət qədər əminlik yaranmasını təmin etməyə hazırdır. Çünki Pxenyan başa düşsün ki, nüvəsizləşmə onlar üçün pis nəticələnəcək bir şey deyil, tam əksinə, müsbət haldır.

Qeyd edək ki, sabah Sinqapurda ikitərəfli sammitdə ABŞ ilə Şimali Koreya liderlərinin tarixdə ilk görüşü baş tutacaq. Danışıqların başlıca mövzusu Koreya yarımadasında sülhə nail olmaq və Şimali Koreyanın nüvəsizləşdirilməsidir. Sinqapur görüşünə hazırlıq mərhələsində Pxenyan Vaşinqtondan tələb etmişdi ki, sammitdə ABŞ-la diplomatik əlaqələr qurulması və sanksiyaların aradan götürülməsinə dair razılıq əldə olunmalıdır. ABŞ prezidenti Donald Tramp isə görüşün uğurlu keçəcəyi təqdirdə, Pxenyanla sülh müqaviləsi imzalanacağını istisna etməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya  





Xəbər lenti