Şəki sakinlərindən biri Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən xəbərə görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçirib. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib.