6 minə yaxın müəllim iş yerini dəyişmək istəyir

6 minə yaxın müəllim iş yerini dəyişmək istəyir
  12 İyun 2018    Oxunub:1453
Müəllimlərin yerdəyişməsi ilə bağlı qəbul başa çatıb, 5857 nəfər ərizəsini təsdiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə məlumat verib. O bildirib ki, yerdəyişmə ilə bağlı 5628 vakansiya elan edilib.

Onun sözlərinə görə, 511 vakansiya Bakının payına düşür: "5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizəsini təsdiq edib və onların ərizələrinə baxılır. Ölkənin bütün rayon və şəhər məktəblərində çalışan müəllimlər yerdəyişmə ilə bağlı müraciət edib".

Müəllimlərin yerdəyişməsinin səbəblərinin müxtəlif olduğunu vurğulayan M.Camalzadə qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən yerdəyişmə ilə bağlı hər hansı limit tətbiq edilməyib: “Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili və riyaziyyat müəllimləri yer alıb. İyunun 14-nə kimi isə yerləşdirilmə prosesinin başa çatdırılması planlaşdırılır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti