Leyla Əliyevanın adından iftar verilib
İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və iftar duası oxuyub. Sonra Moskva müsəlmanları iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.
İftar mərasimində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş “Bir günəş altında” filmi nümayiş etdirilib. “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nömrələri səslənib, Azərbaycanı daha yaxşı tanımaq mövzusunda viktorina keçirilib. Gecənin iştirakçıları Azərbaycan tarixinə dair suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.
AzVision.az
Teqlər: