“Azdrama”nın səhnəsində yeni tamaşa

  12 İyun 2018    Oxunub : 10448
“Azdrama”nın səhnəsində yeni tamaşa
İyunun 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanmış səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İzamə Babayeva, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan tamaşada Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcək.

AzVision.az

Teqlər: Teatr