2026-cı ildə dünya çempionatı 3 ölkədə keçiriləcək

2026-cı ildə dünya çempionatı 3 ölkədə keçiriləcək
  13 İyun 2018    Oxunub:2526
2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

AzVision.az xəbər verir ki, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.
XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

AzVision.az


Teqlər: Dünya-Çempionatı  





Xəbər lenti