Palata IOSCO-nun üzvlüyünə qəbul edilib
IOSCO-nun üzvü olaraq Azərbaycanı təmsil edən MMNP qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak edilməsi, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcək. Bununla yanaşı, Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq.
IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcək. Bu da, öz növbəsində, qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək.
AzVision.az