Həmyerlisini şantaj edən şəxs tutulub

Həmyerlisini şantaj edən şəxs tutulub
  14 İyun 2018    Oxunub:1105
İyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat pul verməsini tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb. Şəhər polis şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti