"Bakcell" təbii fəlakətdən zərər çəkənlərə yardım edib

"Bakcell" təbii fəlakətdən zərər çəkənlərə yardım edib
  14 İyun 2018    Oxunub:1244
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Göyçay və Zaqatalada baş vermiş təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Şirkətdən AzVision.az-a verilən xəbərə görə, bir müddət əvvəl Göyçay rayonunda baş vermiş güclü sel və Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar olaraq Bakcell şirkəti həmin bölgələrdə yaşayan Bakcell abunəçilərinə ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 150 dəqiqə təqdim edib. Dəqiqələrin istifadə müddəti 15 gün təşkil edir.

Həmçinin, Bakcell şirkətinin nümayəndələri Zaqatala rayonuna səfər edib və qarşıdan gələn müqəddəs Ramazan bayramı ilə əlaqədar olaraq aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylayıblar.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətli olan layihələri daim diqqət mərkəzində saxlayır. Bakcell insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən Korporativ Sosial Məsuliyyət layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.





AzVision.az


Teqlər: Bakcell  





Xəbər lenti