Rusiya ABŞ cəsusunu mükafatlandırdı

Rusiya ABŞ cəsusunu mükafatlandırdı
  13 Oktyabr 2013    Oxunub:1046
Rusiya Edvard Snoudenə mükafat verdi. Rusiyada sığınacaq tapmış Edvard Snouden uzun müddətdən sonra ilk dəfə görüntülənib
AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, Rusiyada sığınacaq tapmış Edvard Snouden uzun müddətdən sonra ilk dəfə görüntülənib. Bu, Moskvada Sem Adams mükafatının təqdimetmə mərasimində baş verib. Snoudenin özünə də mükafat verilib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden mükafata “Kəşfiyyatda düzgünlük və ədalət” nümayiş etdirdiyi üçün layiq görülüb. Sem Adams mükafatı Mərkəzi Kəşfiyyat İdarəsinin analitikinin şərəfinə adlandırılıb. Bu mükafata əvvəllər Vikiliks saytının yaradıcısı Culian Assanj da layiq görülüb.

Edvard Snouden Amerika kəşfiyyatını dinləmələri barədə məlumatları açıqladığı üçün axtarışa verilmişdi. O, iyun ayından Moskva hava limanının tranzit zonasında qalırdı, avqustun 1-dən etibarən isə Rusiya onu sığınacaqla təmin edib.


Teqlər:





Xəbər lenti