Erməni ekspert ölkəsinin ağır durumda olduğunu etiraf etdi

Erməni ekspert ölkəsinin ağır durumda olduğunu etiraf etdi
  14 İyun 2018    Oxunub:2082
Ermənistan iqtisadiyyatı inkişaf etmək əvəzinə, durmadan geriyə doğru yuvarlanır. Hökumətin isə bu geriləmənin qarşısını almağa gücü yetmir.
AzVision.az xəbər verir ki, bu etirafı “Ermənistanın kəndli-aqrar ittifaqı”nın sədri Qraçya Bərbəryan edib. Bildirib ki, Ermənistan iqtisadiyyatının ən pis durumda olan sahəsi kənd təsərrüfatıdır. Ölkədə fermerlərlə təchizatçılar arasındakı problemlər hələ də həllini tapmayıb.

“Kənd təsərrüfatı sahəsində ciddi islahatlara ehtiyac var. Amma hansısa səbəblərdən hökumət bu islahatlara başlamaq istəmir. Əminliklə deyə bilərik ki, biz bu sahəni bir il də geriyə atdıq. Hazırkı kənd təsərrüfatı nazirliyi isə ümumiyyətlə islahatlar həyata keçirməyə qadir deyil” – deyə Bərbəryan bildirib.

Erməni ekspert vurğulayıb ki, baş nazir Nikol Paşinyanın təyin etdiyi kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi qurumun işindən başı çıxmır və aqrar sahə üzrə bilikləri yoxdur. Onun fikrincə, ölkə iqtisadiyyatını ölü vəziyyətdən diriltmək üçün, heç bir təbii resursa və yerli kapitala malik olmayan Ermənistanda heç olmasa yüksək vəzifələrə, xüsusən də aqrar kimi strateji əhəmiyyətli sahələrə peşəkarlar gətirilməlidir. Əks təqdirdə, gələcəkdə daha ciddi problemlər yarana bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   iqtisadiyyat   böhran  





Xəbər lenti