Uruqvay Misirə qalib gəldi - Yenilənib
***
Misir və Uruqvay oyununda hesab açılıb.
AzVision.az xəbər verir ki, uruquvaylı futbolçu Gimenez 89 dəqiqədə baş zərbəsi ilə hesabı açıb.
***
İyunun 15-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci günündə növbəti görüş keçirilir. AzVision.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan ilk oyunda “A” qrupunda yer alan Misir və Uruqvay milliləri üz-üzə gəlib.Hazırda oyunda heç bir qol vurulmayıb.
Ərəblərin ilk "11-liy"ində Məhəmməd Salah yoxdur. O, ehtiyat oyunçular skamyasındadır.
Misir: 23. Məhəmməd əl-Şənavi, 2. Əli Qabr, 6. Ahmed Heqazi, 7. Ahmed Fəthi, 8. Tarek Hamed, 9. Marvan Mohsen, 13. Məhəmməd Abdul-Şəfi, 17. Məhəmməd əl-Nenni, 19. Abdulla əl-Səid, 21. Mahmud Trezege, 22. Əmr Varda
Uruqvay: 1 Fernando Muslera, 2 Xose Ximenes, 3. Dieqo Qodin, 4. Gillyermo Varela, 6. Rodriqo Bentankur, 8. Naitan Nandes, 9. Luis Suares, 10. Corcian de Arraskaeta, 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres
Qeyd edək ki, iki dəfə dünya çempionu olan (1930 və 1950) Uruqvay yığması indiyədək 12 mundialda çıxış edib.
Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.
AzVision.az
Teqlər: Futbol