İki idmançımız Avropa Çempionu oldu

  15 İyun 2018    Oxunub : 525
İki idmançımız Avropa Çempionu oldu
Bolqarıstanın Plovdiv şəhrində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.
Sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb.

Belə ki, K44 + 58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov (K – 43 – 75 kq) isə yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub. Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Abışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.

Xatırladaq ki, Plovdiv şəhərinin “Kolodruma” idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur. Böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə növbəti uğura imza atan millimiz artıq qayıdıb.

AzVision.az

Teqlər: