DÇ-2018: İran avtoqolla qələbə qazandı

  15 İyun 2018    Oxunub : 1144
DÇ-2018: İran avtoqolla qələbə qazandı
Rusiyada keçirilən dünya çempionatında “B” qrupunda yer alan İran millisi Mərakeş yığması ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Sankt-Peterburqda baş tutan oyun maraqlı idman mübarizəsi ilə yadda qalıb. Matçda 90 dəqiqə hesab açılmayıb. Artırmalarda rəqib futbolçunun öz qapısına vurduğu avtoqolla İran yığması qələbə qazanıb.

Qeyd edək ki, görüşü türkiyəli hakim Cüneyt Çakır idarə edib.

AzVision.az

Teqlər: DÇ-2018   İran   Mərakeş