Ronaldo Rusiyada tarix yazdı - Fotolar (Yenilənib)

Ronaldo Rusiyada tarix yazdı - Fotolar (Yenilənib)
  16 İyun 2018    Oxunub:3987
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında növbəti oyuna start verilib.
AzVision.az xəbər verir ki, "B" qrupunda mübarizə aparan İspaniya millisi Portuqaliya ilə qarşılaşıb.

Günün maraqla gözlənilən oyunu Soçidə “Fişt” stadionunda keçirilib. Qarşılaşmanı italiyalı hakim Canluka Rokki idarə edib.

***
Oyunun 3-cü dəqiqəsində Kriştiano Ronaldonun 11 metrlik cərimə zərbəsindən vurduğu qolla Portuqaliya hesabda önə keçib.

***
Matçda hesab bərabərləşib. İspaniya millisinin üzvü Diyeqo Kosta oyunun 24-cü dəqiqəsində portuqalların qapısına yol tapa bilib.

***
Portuqaliyalı ulduz Kriştiano Ronaldo 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. İlk hissə portuqalların üstünlüyü ilə başa çatıb.

***
Diyeqo Kosta ikinci hissədə dubl edib. Bir neçə dəqiqədən sonra isə Maço İspaniyanı önə çıxaran qolu vurub - 3:2.

***

Ronaldo het-trik edərək oyunda sonuncu qolu vurub. Beləlik də, qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb.













AzVision.az


Teqlər: DÇ-2018   Portuqaliya   İspaniya  





Xəbər lenti