DÇ-2018: Fransadan qələbə, Messi məyus oldu

DÇ-2018: Fransadan qələbə, Messi məyus oldu
  16 İyun 2018    Oxunub:1789
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu günə 4 görüş nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, gün ilk oyununda Fransa millisi Avtraliya ilə üzləşib. Mundialın favoritlərinin hesab olunan Fransa komandası matçda 2:1 hesablı qələbə qazanıb.

Digər görüşdə Argentina İslandiya ilə qarşılaşıb. Lionel Messinin kapitanı olduğu Argentina rəqibini məğlub edə bilməyib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Növbəti oyun Peru-Danimarka yığmaları arasında baş tutacaq. Günün son oyununda isə Xorvatiya Nigeriya ilə gücünü sınayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti