DÇ-2018: Braziliya və Almaniya meydana çıxır

  17 İyun 2018    Oxunub : 834
DÇ-2018: Braziliya və Almaniya meydana çıxır
Bu gün futbol üzrə dünya çempionatının dördüncü günündə üç oyun keçiriləcək.
AzVision.az xəbər verir ki, “E” qrupunda yer alan Kosta-Rika və Serbiya, Braziliya və İsveçrə komandaları üz-üzə gələcəklər.

Günün son matçında “F” qrupunun favoriti hesab olunan Almaniya yığması Meksika ilə qarşılaşacaq.

E qrupu

16:00. Kosta-Rika - Serbiya
Samara. "Samara Arena”

22:00. Braziliya - İsveçrə
Rostov-Donu. "Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika
Moskva, "Lujniki"

AzVision.az

Teqlər: DÇ-2018