Türkiyəyə 40 milyon turistin gələcəyi gözlənilir

Ərdoğan bildirib ki, bizim hədəfimiz bu il Antalyada 14 milyon turist qəbul etməkdir. Onun sözlərinə görə, Antalyaya gələn turistlərin sayı 2016-cı illə müqayisədə 57 faiz artaraq 10,5 milyon nəfərə çatıb.
"Türkiyə bu il Rusiyadan 6 milyon turist gözləyir. 2017-ci ildə ölkəni rekord sayda – 4,7 milyon rusiyalı turist ziyarət edib. Ümumilikdə isə ötən il Türkiyəyə turist axını 2016-cı illə müqayisədə 27,8 faiz artıb və 32,4 milyon nəfər olub", - deyə Ərdoğan qeyd edib.
AzVision.az
Teqlər: Türkiyə Ərdoğan Turist