DÇ-2018: Kosta-Rika Serbiya ilə bacarmadı (Yenilənib)

DÇ-2018: Kosta-Rika Serbiya ilə  bacarmadı (Yenilənib)
  17 İyun 2018    Oxunub:2773
Rusiyada keçirilən dünya çempionatında “E” qrupunda yer alan Kosta-Rika və Serbiya milliləri arasındakı qarşılaşma başlayıb.
"Samara Arena”da oynanılan görüşü seneqallı referi Diedhio Malanq idarə edir.

Kosta-rikalıların start heyətində meydana Kerlor Navas, Cankarlo Qonsales, Oskar Duarte, Djonni Akosta, Fransisko Kalvo, Kristian Qamboa, David Qusman, Selso Borxes, Xoan Veneqas, Brayan Ruis, Markos Urenya çıxıblar. Komandanın baş məşqçisi Oskar Ramiresdir.

Serbiya yığmasının ilk 11-liyində isə Vladimer Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşiç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoeviç, Adem Lyaiç, Serqey Milikoviç-Saviç, Duşan Tadiç, Aleksandr Mitriviç yer alıblar. Serbiya millisinin məşqçisi Mladen Krıstaiçdir.

E qrupunda Kosta-Rika ilə Serbiya millilərinin qarşılaşmasında qalib tərəf serblər olub. Oyun Serbiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti