Baqali Dabo "Neftçi"də

Baqali Dabo "Neftçi"də
  18 İyun 2018    Oxunub:3897
"Neftçi” növbəti transferini reallaşdırıb.
AzVision.az xəbər verir ki, paytaxt təmsilçisi Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il Neftçi-nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək. Fransanın “İvri”, “Kreteil”, “İstres” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm Qəbələ-nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Neftçi bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.

AzVision.az


Teqlər: Neftçi   Dabo  





Xəbər lenti