Belçika 3 qolla qalib gəldi - Yenilənib

Belçika 3 qolla qalib gəldi - Yenilənib
  19 İyun 2018    Oxunub:1778
Futbol üzrə dünya çempionatında “G” qrupunun ilk oyunu keçirilib. Qrupda yer alan Belçika millisi debütant Panama yığması ilə qarşılaşıb.
Soçidəkı “Fişt Arena”da oynanılan görüşü zambiyalı Canni Sikazve idarə edib. Qarşılaşma Belçikanın 3:0 hesablı qələbəsilə yekunlaşıb.

Belçika-Panama oyunu İdman Azərbaycan kanalında və İctimai Televiziyada birbaşa yayımlanıb.

Qeyd edək ki, qrupun digər oyununda Tunis İngiltərə millisi ilə gücünü sınayacaq. Matç bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti