Ermənistan ordusunda yüksək vəzifələrə təyinatlar olub

Ermənistan ordusunda yüksək vəzifələrə təyinatlar olub
  19 İyun 2018    Oxunub:2046
Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə silahlı qüvvələrdə bir sıra təyinatlar olub.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, Onik Qasparyan və Stepan Qalstyan Baş Qərargah rəisinin müavinləri vəzifəsinə təyinat alıblar.

Andranik Makaryan döyüş hazırlığı idarəsinin rəisi - Baş Qərargah rəisinin müavini, Tiran Xaçatryan isə əməliyyat idarəsinin rəisi - Baş Qərargah rəisinin müavini təyin edilib.

A,Sarkisyanın digər sərəncamına əsasən, Ararat Melkumyan Ermənistan Müdafiə Nazirliyinin Birinci Ordu Korpus komandiri vəzifəsindən azad edilib. Bu vəzifəyə Jirayr Poğosyan gətirilib.

Andranik Piloyana isə Ermənistan Müdafiə Nazirliyinin Beşinci Ordu Korpus komandiri postu həvalə olunub.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti