“Neftçi” Baqali Dabonu transfer edib

“Neftçi” Baqali Dabonu transfer edib
  19 İyun 2018    Oxunub:1288
“Neftçi” klubu “Qəbələ”nin keçmiş hücumçusu Baqali Dabonu transfer edib.
Paytaxt təmsilçisi Baqali Dabo ilə ikiillik müqavilə imzalayıb. Fransız futbolçu "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Fransanın “İvri”, “Kretey”, “İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm “Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

AzVision.az


Teqlər: Neftçi  





Xəbər lenti