İngiltərə son anda qələbə qazandı - Yenilənib

İngiltərə son anda qələbə qazandı - Yenilənib
  19 İyun 2018    Oxunub:2349
Futbol üzrə dünya çempionatında bu günün son oyunu keçirilib.
AzVision.az xəbər verir ki, “G” qrupunda yer alan Tunis millisi güclü rəqibi İngiltərə yığması ilə qarşılaşıb.

“Volqoqrad Arena”da keçirilən matçı kolumbiyalı Vilmar Roldan idarə edib. Maraqlı idman mübarizəsində keçən oyun ingilislərin üstünlüyü ilə yekunlaşıb. Artırma dəqiqələrdə vurulan qolla İngiltərə yığması Tunisi 2:1 hesabı ilə məğlub edib.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti