Mağaza və restorandakı yanğınla bağlı rəsmi məlumat

 Mağaza və restorandakı yanğınla bağlı rəsmi məlumat
  19 İyun 2018    Oxunub:1069
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “NANƏLİ” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Mağaza   Restoran   Yanğın  





Xəbər lenti