"Qarabağ"ın ÇL-da rəqibi məlum oldu

"Qarabağ"ın ÇL-da rəqibi məlum oldu
  19 İyun 2018    Oxunub:2035
İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mübarizəyə 1-ci mərhələdən qoşulacaq “Qarabağ”ın rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" mərhələ adlasa, "Kukesi" (Albaniya) - "Valletta" (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti