"Bizə gözlənilməz rəqib düşdü" - Qurban Qurbanov

"Bizə gözlənilməz rəqib düşdü" - Qurban Qurbanov
  19 İyun 2018    Oxunub:3888
“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq”.
AzVision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması ilə bağlı bildirib.

Baş məşqçi klubun rəsmi "Facebook" səhifəsinə açıqlamasında "Olimpiya"nı çətin rəqib kimi qiymətləndirib.

“Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”-deyə Q.Qurbanov vurğulayıb.

AzVision.az


Teqlər: Qarabağ   Klub   Qurban-Qurbanov  





Xəbər lenti