Yaponiya Kolumbiyanı məğlub etdi

Yaponiya Kolumbiyanı məğlub etdi
  19 İyun 2018    Oxunub:1561
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
AzVision.az xəbər verir ki, bu gün H qrupunda Kolumbiya Yaponiya yığması ilə qarşılaşıb. Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilən matçın 3-cü dəqiqəsində Karlos Sançes topun qarşısını əllə kəsib. Hakim Sançesə "qırmızı" vərəqə göstərib və Yaponiyanın lehinə penalti təyin edib. Yaponiya yığmasının üzvü Kaqava penaltini qol ilə tamamlayıb.

Azlıqda olmasına baxmayaraq, Kolumbiya yığması 39-cu dəqiqədə Xuan Kinteronun cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 73-cü dəqiqəsində Luya Osaka vurduğu qolla Yaponiyanı yenidən önə çıxarıb. Oyun elə bu hesabla başa çatıb.

AzVision.az



Teqlər: Futbol   Kolumbiya   Yaponiya  





Xəbər lenti