Klublarımızın Avroliqadakı rəqibləri bilindi

Klublarımızın Avroliqadakı rəqibləri bilindi
  20 İyun 2018    Oxunub:1464
Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib. Ölkə kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.

"Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq. "Neftçi" klubu Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyunun Bakıda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

AzVision.az


Teqlər: Avroliqa  





Xəbər lenti