İspaniyadan bir qol, ilk qələbə - Yenilənib

İspaniyadan bir qol, ilk qələbə - Yenilənib
  21 İyun 2018    Oxunub:5646
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında günün son oyununa start verilib.

AzVision.az xəbər verir ki, “B” qrupunda yer alan İran millisi İspaniyaya qarşı mübarizə aparıb.
Matç “Kazan Arena”da keçirilir. İranlıların start heyətində Əli Beyranvand, Məcid Hosseyni, Morteza Purliqanci, Ehsan Həcəfi, Ramin Rezaeyan, Səid Ezatolahi, Omid İbrahimi, Mehdi Terami, Kərim Ensarifard, Vahid Əmiri, Sərdar Azmun meydana çıxıblar.

İspaniya millisində isə David De Xeya, Serxio Ramos, Jerar Pike, Dani Karvaxal, Jordi Alba, Andres İniesta, Serxio Buskets, David Silva, Lukas Vasqets, İsko, Dieqo Kosta start heyətdə yer alıblar.

***

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İspaniya millisinin çox saylı hücumlarına baxmayaraq, İran yığması 45 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilib.

***

54-cü dəqiqədə oyunda hesab açılıb. Dieqo Kostanın vurduğu qolla İspaniya millisi hesabda önə çıxıb.

***

Maraqlı epizodlarla yadda qalan oyunda əlavə qol vurulmayıb. Qarşılaşma ispanların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

AzVision.az


Teqlər: DÇ-2018   İran   İspaniya  





Xəbər lenti